“Xəzər-Lənkəran” rəsmisi: "Qalin İvanovun transfer vərəqəsi bizdədir"

13:44 3 Fevral 2015

“Qalin İvanovun “Samsunspor”la müqavilə bağlamağından xəbərimiz var. Amma onun transfer vərəqəsi hazırda bizdədi”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

O bildirib ki, İvanovla bağlı FİFA-nın qərarını gözləyirlər: “Biz bu barədə FİFA-ya çoxdan şikayət ünvanlamışıq. Amma ordan hələ bir cavab gəlməyib. İvanov əslində Bolqarıstanda oynayacağını düşünüb, burdan getmişdi. Çünki başda “Levski” olmaqla, bir neçə klubdan təklif almışdı. Amma həmin komandalar onun bizimlə problemi olduğunu görüb, bu keçiddən imtina etdilər. Türkiyə klubu ilə necə müqavilə bağladığını bilmirik. Yəqin ki, FİFA yaxın günlərdə onunla bağlı bir qərara gələr”.

Qeyd edək ki, Qalin İvanovun “Xəzər Lənkəran”la mövsümün sonuna qədər müqaviləsi olmasına baxmayaraq, bolqarıstanlı futbolçu qış fasiləsi yaranmamış ölkəsinə qaçmışdı.

 


Xəbər xətti