Həftənin son görüşündə “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək

15:44 3 Fevral 2015

Azərbaycan Premyer Liqasının XX turunun oyun cədvəli açıqlanıb.

Sportarena.az xəbər verir ki, bu həftənin qarşılaşmaları iki gün ərzində keçiriləcək.

“Qəbələ” – AZAL matçı ilə start götürəcək turun iki matçı Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın 2015-ci ildə ilk rəsmi matçına çıxacağı tura Lənkəranda yekun vurulacaq. Həftənin son görüşündə “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək.

 

XX tur

06 fevral (cümə)
14:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

16:00. “Neftçi” – “Simurq”
“Bakcell Arena”

07 fevral (şənbə)
16:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00. “Xəzər Lənkəran” – “İnter”
“Xəzər Lənkəran” mərkəzi stadionu

 


Digər xəbərlər

Xəbər xətti