Holland futbolçu Bakı "İnter"indən imtina etdi

16:13 3 Fevral 2015

Bakının “İnter” klubunun daha bir hollandiyalı futbolçu transfer etmək istəyi baş tutmayıb.

Sportarena.az xəbər verir ki, qış fasiləsində Yusef Feniç və Ruben Şakeni sıralarına qatan paytaxt təmsilçisi yarımmüdafiəçinin həmyerlisi Arian Svinkelslə anlaşa bilməyib.

 31 yaşlı müdafiəçi maraq dairəsində olduğu klubların təklifini dəyərləndirdikdən sonra “İnter”ə “yox” deyib. Bunadək Belçikanın “Lyers” klubunda çıxış edən Arian vətəninə qayıtmağa üstünlük verib.

 Belə ki, “İnter”lə yanaşı, “Breda”dan da təklif alan müdafiəçi sonda “Roda”ya keçməyə qərar verib.

 Qeyd edək ki, mərkəz müdafiəçisi 2003-12-ci illərdə Hollandiyanın “Villem”, 2012-14-cü illərdə isə “Lyers”in şərəfini qoruyub. 

 


Digər xəbərlər

Xəbər xətti