Qalin İvanovun meneceri: "FİFA-ya şikayət etdik və transfer vərəqəsini aldıq"

15:08 3 Fevral 2015

Daha öncə də xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"la ötən ilin dekabr ayında müqaviləsini ləğv edən Qalin İvanov Türkiyə I Liqasında mübarizə aparan "Samsunspor"la müqavilə bağlayıb. "Xəzər Lənkəran" rəsmisinin verdiyi açıqlamada futbolçunun transfer vərəqinin onlarda olduğu, və türkiyə klubuna keçməkdə qayda pozuntusu baş verdiyinə görə FİFA-ya şikayət məktubu da yollandığı deyilirdi. 

Sportarena.az xəbər verir ki, Sportal.az saytına açıqlamasında Qalin İvanovun meneceri Stefan Bakalski məsələyə aydınlıq gətirib:

"Heç bir qanun pozuntusundan söhbət belə gedə bilməz. Transfer vərəqi bizdədir və futbolçu da "Samsunspor"a qanuni transfer olunub. O ki qaldı, FİFA-ya şikayət edilməsinə, bir neçə ayın maaşı qaldığına görə FİFA-ya biz şikayət etdik və transfer vərəqəsini aldıq."

 


Xəbər xətti