Fletçer "Mançester Yunayted"dən ayrıldı

17:00 3 Fevral 2015

Peşəkar karyerasının 20 ilini "Mançester Yunayted"in 31 yaşlı yarımmüdafiəçisi Darren Fletçer klubdan ayrılıb.

Sportarena.az xəbər verir ki, şotland futbolçu "Vest Bromviç"lə müqavilə imzalayıb.

"Bütün karyeramı "Mançester Yunayted"də keçirtdim və bildiyim yeganə şey də budur. Amma ayrılmaq üçün doğru zaman olduğunu düşündüm və bu qərarı verdim" - deyən Darren yeni klubu ilə 3.5 illik müaqviləyə imza atıb.

Qeyd edək ki, futbola 11 yaşında "qırmızı şeytanlar"ın aşağı yaş qrupu üzrə komandasında başlayan Fletçer "Vest Bromviç"ə azad agent kimi keçib. 


Digər xəbərlər

Xəbər xətti