Gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

16:35 3 Fevral 2015

14-15 fevral 2015-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportarena.az xəbər verir ki,yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Çempionat Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1995-1997-ci il təvəllüdlü idmançılar iştirak edəcək.

Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi fevralın 14-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, fevralın 14-də sərbəst, 15-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək. 
 

Cümə / 13.02.2015   
14:00-15:00    Hakimlərin iclası 
15:00-16:00    Texniki konfrans
16:00-16:30    Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq


Şənbə /  14.02.2015
10:00-15:30    Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
15:30-16:00    Yunan-Roma güləşi üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-17:30    Təntənəli acılış mərasimi
17:30-19:30    Sərbəst güləş üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq

Bazar / 15.02.2015
10:00-15:30    Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-19:00    Yunan-Roma güləşi üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq

 


Digər xəbərlər

Xəbər xətti