Rövnəq Abdullayevdən Hafkanın komandasına kömək

18:44 3 Fevral 2015

"AFFA rəhbərliyi "Bakı"nın problemlərinin həll olunması üçün əlindən gələni edir".

Sportarena.az  "Futbolxeber.az"a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, AFFA prezidenti Rövnəq Abdullayev də klubun problemlərinin həll olunmasının tərəfdarıdır: 

"Biz "Bakı"nın tezliklə çətin vəziyyətdən çıxmasının tərəfdarıyıq. Keçən dəfə İcraiyyə Komitəsinin iclasında Hafiz Məmmədovla da bu haqda söhbətimiz oldu. O da tezliklə bütün problemlərin həll olunacağını qeyd etdi. Rövnəq Abdullayev göstəriş verib ki, "Bakı"nın problemləri həll olunsun. 

 


Digər xəbərlər

Xəbər xətti