UEFA "Qarabağ"ın Avropa Liqasında iştirakına icazə verəcəkmi?

18:29 3 Fevral 2015

Avropa Liqasının qrup oyununda “İnter”lə (Milan) 0:0-lıq heç-heçə edib, növbəti mərhələyə çıxa bilməyən “Qarabağ”ın matçın son dəqiqələrində baş verənlərə görə UEFA-ya şikayət etdiyi məlumdur.

Çexiyalı referi Zelinkanın futbolçu Almeydanın vurduğu qolu hesaba almaması aranı qarışdırmışdı.

Sportarena.az xəbər verir ki, UEFA Ağdam klubunun şikayətiylə bağlı qərarı fevralın 5-də verməlidir.

 “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, klubu fevralın 5-də UEFA-da vəkil təmsil edəcək. Böyük ehtimalla, “İnter”lə oyunun nəticəsi olduğu kimi saxlanacaq. Bu isə Avropa Liqasında yoluna davam etmək istəyən “Qarabağ”ın ümidlərinin doğrulmaması deməkdir. Azərbaycan çempionu üçün yeganə təsəlli o ola bilər ki, UEFA “İnter”lə görüşdə kobud səhvə yol verən hakimlər briqadasını cəzalandırsın. Bir sözlə, fevralın 5-ni böyük ümidlərlə gözləməyə dəyməz...

Azərbaycan klubunun vəkili Qürur Qaye Günal isə fevralın 5-də Avropa futbol qurumunun Ağdam klubunun lehinə qərar çıxaracağına ümidli olduğunu bildirmişdi. O, mətbuata açıqlamasında müsbət nəticəyə ümidli olduğunu demişdi:

"İnanıram ki, ya matçın təkrarlanması, ya da qolun qeydə alınması ilə bağlı qərar veriləcək. İnşallah, nəticə yaxşı olar. Mən ümidliyəm".

 


Digər xəbərlər

Xəbər xətti