"Simurq" "Neftçi" ilə oyuna ciddi itki ilə hazırlaşır

20:17 3 Fevral 2015

Azərbaycan Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxtda gələcək və son çalışmasını qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da həyata keçirəcək.

Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak etmir. Ayağında ağrılar hiss edən müdafiəçinin müalicəsi davam edir.

 

Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da keçiriləcək və saat 16:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti