ŞOK: U-16-nın 6 futbolçusu narkotik maddə qəbul edib?

20:59 3 Fevral 2015

Türkiyə Superliqasında mübarizə aparan "Kayseri Ərciyəsspor"un 16 yaşlılardan ibarət komandasının 6 futbolçusunun narkotik maddə qəbul etdiyi iddia olunur/

Sportarena.az xəbər verir ki, həmin oyunçuların əvvəllər də narkotik qəbul etdikləri söylənilir.

İddialara əsasən, yaşları 18-dən aşağı olduğu üçün həmin futbolçuların adları gizli saxlanılır. Klub prezidenti Ziya Ərən isə söylənilənləri təkzib edərək, onların narkotik maddə deyil, siqaret çəkdiklərini və bu səbəbdən heyətdən uzaqlaşdırıldıqlarını söyləyib.


Digər xəbərlər

Xəbər xətti