"Xəzər-Lənkəran" hazırlıqlara başladı

10:45 4 Fevral 2015

Premyer Liqanın XIX turunda səfərdə “Simurq”la qarşılaşan “Xəzər Lənkəran” matçsonrası  istirahətini yekunlaşdıraraq Lənkəranda bir araya gəlib.

Sportarena.az 12cioyuncu.info-ya istinadən xəbər verir ki,  komandamız “İnter”lə oyunun hazırlıqlarına başlayıb. Məşq planına uyğun olaraq bu gün, fevralın 4-də iki məşq nəzərdə tutulub; saat 11:00-da və saat 16:00-da. Zədəsini artıq sağaltmış Rasim Ramaldanov komandaya qoşulub. Son günlər zədədən əziyyət çəkən digər futbolçumuz İlqar Ələkbərov isə fərdi qaydada qaçışla və xüsusi proqrama əsasən fiziki çalışmalardan ibarət tapşırıqların yerinə yetirilməsi ilə kifayətlənir, lakin hələ ümumi hazırlıqlara qatılmır. Xatırladaq ki,  “Xəzər Lənkəran” fevralın 7-də  “Fırtınalar meydanı”nda  “İnter” klubunu qəbul edəcək.

 

 


Xəbər xətti