AFFA-dan hakimi söyən futbolçulara - CƏZA

11:15 4 Fevral 2015

AFFA-dan iki oyunçunu 4 oyunluq cəzalandırıb.

Sportarena.az xəbər verir ki, U-16 Liqasının “Qarabağ” - AZAL matçının 71-ci dəqiqəsində AZAL klubunun futbolçusu Cavid Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Futzal üzrə Azərbaycan birinciliyinin Neftçi-2” – “Baku Fire” matçının 15-ci dəqiqəsində "Neftçi-2" klubunun futbolçusu Anar Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 


Digər xəbərlər

Xəbər xətti