"Qarabağ" mükafatlandırıldı: İki mükafat təqdim olundu

11:47 4 Fevral 2015

2014-cü il arxada qalsa da  geridə buraxdığımız illə bağlı tədbirlər davam edir.

Sportarena.az “Qarabağ” klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və nəzdindəki Sportsman jurnalının təsis etdiyi “Zəfər” yüksək idman nailiyyətləri layihəsində ötən ildə fəqlənənləri təltif ediblər. Ötən il Azərbaycan çempionu olan, Avrokubokda olduqca uğurlu çıxış edən “Qarabağ” da 2 nominasiyada fərqlənib. Artıq, 10 ildən çoxdur “Qarabağ” Futbol klubunun vitse-prezidenti olan, `Qarabağ` FK-nın formalaşmasında qurduğu stategiya ilə böyük rol oynayan cənab Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.

“Qarabağ” tədbirdə daha bir mükafat alıb. Qeyd etdiyimiz kimi  “Qarabağ”  geridə buraxdığı ildə bir sıra müvəfəqiyyətlər əldə etməsi nəticəsiz qalmayıb. “Qarabağ” klubu  qurum tərəfindən İlin idman klubu mükafatını alıb. 

 


Xəbər xətti