"Neftçi"nin prezidenti Arif Əsədova: "İstefa ver"

14:12 4 Fevral 2015

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov baş məşqçi Arif Əsədovla görüşüb.

Sportarena.az sportinfo.az saytına istinadən xəbər verir ki, Sadıqov görüş zamanı komandanın çıxışının aşağı səviyyədə olduğunu və çatışmazlıqların çox olduğunu bildirib.

Sərgilənən oyundan və əldə edilən nəticədən narazı qalan klub rəhbəri baş məşqçiyə son xəbərdarlığını da edib. Premyer Liqanın XIX turunda AZAL-a (1:2) məğlub olan “Neftçi”nin çempionluq şansını artıq bir qədər də azalıb. Sadıq Sadıqovu ən çox narahat edən məqam isə paytaxt klubunun hətta avrokuboklardan kənarda qalmaq ehtimalının yaranmasıdı. Bu səbəbdən də prezident uğursuz çıxış davam edəcəyi təqdirdə Əsədovun öz istəyi ilə istefa verməsini tələb edib.

Qeyd edək ki, Arif Əsədov çox güman ki, ən geci mövsümün sonunda istefaya göndəriləcək və “Neftçi”nin baş məşqçi postuna İqor Ponomaryov gətiriləcək.


Digər xəbərlər

Xəbər xətti