QALMAQAL: "Barselona"nın prezidenti "Real Madrid"i günahlandırdı

15:20 4 Fevral 2015

Neymarın transferində vergidən yayınmaqda günahlandırılan “Barselona”nın prezidenti Xosep Bartomeu iddialara cavab verib.

Sportarena.az xəbər verir ki, klub prezidenti bildirib ki, deyilənlərin hamısı yalandır. 

Kataloniya klubunun rəhbəri həmçinin bu söz-söhbətlərin yayılmasında Madrid “Real”ını günahlandırıb: “Bu barədə çox danışıldı. Artıq söz-söhbətlərə son qoymalıyam. Biz Neymarı transfer edərkən heç bir yanlışlığa yol verməmişik. Vergidən yayınmaqdan ümumiyyətlə söhbət gedə bilməz. Bu futbolçunu “Real”da transfer etmək istəyirdi. Bəziləri var ki, məqsədlərinə çatmadıqdan sonra başqa yollara əl atırlar. Gücləri var deyə istədiklərini edirlər”.

 


Xəbər xətti