Emil Balayev “Ayntraxt”da nə qədər qazanır?

16:21 4 Fevral 2015

“Ayntraxt”ın azərbaycanlı futbolçusu Emil Balayevin Almaniya klubunda alacağı məvacib bəlli olub.

Sportarena.az xəbər verir ki, gənc qapıçı Frankfurt təmsilçisində Azərbaycan reallığına uyğun maaşa oynayacaq.

 

Bundesliqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan Emil Balayevin ordakı illik məvacibi 180 min avro təşkil edir. Bu isə o deməkdi ki, futbolçumuzun aylıq maaşı 15 min avro olacaq. Milli komandamızın üzvü il yarım ərzində özünü doğrultsa və əsas heyətə düşə bilsə, o zaman Balayevlə yeni müqavilə imzalanacaq və həmin vaxt onun maaşı da artırılacaq.

 

Qeyd edək ki, Almaniya Bundesliqasında ikinci dövrəyə start verilsə də, Emil Balayev hələlik oyunlarda “18-liy”ə düşə bilmir.


Digər xəbərlər

Xəbər xətti