PFL qış transferlərini rəsmən açıqlayıb - SİYAHI

15:49 4 Fevral 2015

Azərbaycan Premyer Liqasında qış transfer dövrünün futbolçu keçidləri açıqlanıb. 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"un sorğusunu Peşəkar Futbol Liqası (PFL) rəsmən cavablandırıb.

PFL-dən qış fasiləsində Premyer Liqa klubları tərəfindən 32 futbolçu keçidinin qeydə alındığı bildirilib. Buna əsasən, lider "Qarabağ" heyətini heç bir futbolçu ilə gücləndirməyib. Bir çox futbolçusu ilə yollarını ayıran "Xəzər Lənkəran" bu dəfə öz yetirmələrinə üz tutub. Qış fasiləsində ən çox transfer həyata keçirən klub "Bakı" olub. Paytaxt təmsilçisi 6 futbolçu ilə münasibətləri rəsmiləşdirib. Ən az transfer edən klub isə "Sumqayıt" olub. Baş məşqçi Aqil Məmmədov 2 yeni futbolçuya ehtiyac duyub ki, onlardan da biri klubun zədəsini bərpa edən sabiq hücumçusu Pərdis Fərcad-Azaddır. Eyni üsuldan "İnter" də yararlanıb. "Bankirlər" Sezar Meza Kollini heyətə qaytarıb.
     
Qış transfer pəncərəsində rəsmiləşdirilən keçidlər:

AZAL: Aleksandr Şemonayev ("Xəzər Lənkəran"), Nicat Qurbanov ("Neftçi"), Azər Məmmədov və Ruslan Nəsirli ( hər ikisi "Araz Naxçıvan"), Valeri Kutsenko ("Dauqavpils" Latviya).

"Bakı": Qvanzav Maqomedov ("Zirə"), Kamil Nurəhmədov ("Araz Naxçıvan"), Şəhriyar Xəlilov və Ramazan Abbasov (hər ikisi "Sumqayıt"), Elçin Sadıqov ("Neftçi"), Rüstəm Rüstəmli ("Qəbələ").

"Neftçi": Əziz Quliyev, Aqil Məmmədov və Rəhman Hacıyev (hər üçü "Bakı"), Maksim Vaylo (RVU, Ukrayna), Rauf Əliyev ("Xəzər Lənkəran").

"İnter": Əfran İsmayılov ("Xəzər Lənkəran"), Ruben Şaken ("Feyenord", Hollandiya), Tural Hümbətov ("Araz Naxçıvan"), Sezar Meza Kolli (klubsuz), Yusif Sennik ("Zvolle", Hollandiya).

"Sumqayıt": Pərdis Fərcad-Azad (klubsuz), Mikayıl Rəhimov ("Bakı").

"Simurq": Cihan Özkara ("Sivasspor", Türkiyə), Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado ("Erqotelis", Yunanıstan), Mirzağa Hüseynpur ("İnter").

"Qəbələ": Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Dmitri Bezotosnı, Aleksey Qay, Mixail Sivakov və Ruslan Fomin (hamısı "Çernomorets", Ukrayna).

Qeyd edək ki, klublar mövsümün ikinci yarısında yeni futbolçularla yalnız azad agent kimi müqavilə bağlayaraq, rəsmiləşdirə bilərlər. 

 


Xəbər xətti