Azərbaycanlı dünya çempionu yeni reytinq siyahısında geriləyib

17:29 4 Fevral 2015

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci ilin yanvarında keçirilmiş yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sportarena.az xəbər verir ki, azərbaycanlı sərbəst güləşçilərdən 11-i UWW-nin reytinq siyahısında ilk "15-lik"də qərarlaşıb.

Onlar arasında ən yüksək göstərici son Avropa və dünya çempionu Hacı Əliyev (61 kq) və gümüş mükafatçı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki pəhləvan reytinq siyahısında ikincidir. H.Əliyev ötən ayla müqayisədə bir pillə gerilədiyi halda, X.Qazyumov mövqeyini qoruyub.  

İlk "10-luq"da Əhmədnəbi Qvarzatilov (57 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da yer alıb.

57 kq

9. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsində 2-ci yer (9)

61 kq

2. Hacı Əliyev - Dünya çempionu (1)

65 kq

6. Məhəmməd Müslümov - Paris Qran Prisində 1-ci yer (15)

70 kq

10. Ruslan Dibirhacıyev - Paris Qran Prisində 3-cü yer (9)

74 kq

10. Cəbrayıl Həsənov - R.Kadırov Kubokunda 3-cü yer (9)

86 kq

9. Həmzət Osmanov - Dünya çempionatında 5-ci yer (7)

97 kq

2. Xetaq Qazyumov - Dünya çempionatında 2-ci yer (2)

7. Şərif Şərifov - Paris Qran Prisində 1-ci yer (10)

125 kq

11. Cəmaləddin Məhəmmədov - Paris Qran Prisində 2-ci yer (nr)

14. Aslan Dzebişov - Qızıl Qran Pri Final mərhələsində 3-cü yer (13)

15. Əli İsayev - Ə.Əliyev turnirində 1-ci yer (11)

Qeyd edək ki, göstərilən cədvəldə sol tərəfdəki rəqəm yanvar ayının, sağ tərəfdəki rəqəm isə reyting  cədvəlində idmançının dekabr ayınındakı  göstəricisini əks etdirir.

 


Digər xəbərlər

Xəbər xətti