Braziliyalı futbolçu: Dünya çempionatından sonra heç kim mənə hörmət etmir

18:00 4 Fevral 2015

"Bavariya"nın braziliyalı futbolçusu Dante komandasının son vaxtlar uğursuz çıxış etməsindən danışıb.

Sportaren.az xəbər verir ki, müdafiəçi hər şeyə görə onun günahlandırılmasından bezdiyini deyib.

"Çox qəzet oxumuram, ancaq mənə elə gəlir ki, hər uğursuzluğa görə məni günahlandırırlar. Dünya çempionatından sonra heç kim mənə hörmət etmir. Amma mən yenə də formadayam. Dünya çempionatı keçmişdə qaldı. İnsanlar necə çalışdığımızı və nəyə nail olduğumuzu unudurlar. "Volfsburq"la oyunda günahım yox idi, günahlandırıldığım epizodda cərimə etsəydim, ikinci sarı vərəqə alaraq meydandan qovulacaqdım", - deyə Dante bildirib.

Xatırladaq ki, Braziliya millisi DÇ-2014-ün yarımfinalında Almaniya yığmasına 1:7 hesabı ilə uduzmuş, Dante həmin matçda əvəzlənmədən oynamışdı.


Xəbər xətti