"İnter" "Bakı"nı, "Qəbələ" isə "Neftçi"ni məğlub edərək finala yüksəlib - U-14 Elit Kuboku

18:13 4 Fevral 2015

AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirində finala yüksələn komandalar müəyyənləşib.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk yarımfinal oyununda “İnter” 2:0 hesabı ilə “Bakı”nı, digər qarşılaşmada isə “Qəbələ” 3:0 hesabı ilə “Neftçi”ni məğlub edib. Beləliklə, fevralın 12-də, Bayıl stadionunda keçiriləcək final oyununda “İnter” və “Qəbələ” komandaları qarşılaşacaq.

 


Xəbər xətti