Tuyqun Nadirov: "İvanov və Blajevskidən FİFA-ya şikayət etmişik"

18:39 4 Fevral 2015

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov komandanın iki futbolçusunun özbaşına düşərgəni tərk etməsinə münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qalin İvanovla Deyan Blajevskinin gedişindən sonra biz buna hüquqi şəkildə qiymət vermək məcburiyyətində qaldıq. Onlar klubu icazəsiz tərk ediblər. Futbolçu o vaxt komandanı tərk edə bilər ki, ona istənilən şərait yaradılmasın, pulu ödənilməsin. Bu da iki ay davam edərsə, tərəflərin belə bir addım atması mümkündür. Bizdə isə elə bir problem olmayıb. XL-da belə problem olsaydı, mən bunu etiraf edərdim. Artıq onlardan FİFA-ya şikayət etmişik.

Adrian Skarlatake də müsahib verib və şikayətlənib ki, onun pulunu ödəmirik. Biz artıq onu dekabrdan transferə çıxarmışıq. Skarlatake hansı kluba keçəcəksə, həmin vaxt ortalıqda qalan məbləğlə bağlı razılığa gələcəyik".


Xəbər xətti