"Barselona"nın heyətində görmək istədiyi futbolçular

20:11 4 Fevral 2015

İspaniyanın “Barselona” klubu yay “transfer pəncərəsi”ndə fəallıq göstərməyi planlaşdırır.

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi indidən iki futbolçuya “elçi düşüb”.

Söhbət “Barselona”nın əzəli rəqibi Madrid “Real”ının formasını geyinən İsko və “Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbadan gedir. Luka Modriç zədəsini sağaldıb qayıdandan sonra İskonun yenidən ehtiyata düşəcəyi gözlənilir. “Barselona” rəhbərliyi də məhz bundan yararlanıb, “kral klubu” ilə 2018-ci ilə qədər müqaviləsi olan futbolçunu heyətinə qatmaq istəyir.

Poqba ilə də danışıq aparan kataloniyalılar bu transferi həyata keçirmək üçün isə “Real”la mübarizədən qalib ayrılmalıdılar.

Qeyd edək ki, “Barselona” FİFA tərəfindən diskvalifikasiyaya məruz qaldığı üçün qışda transfer etmək hüququndan məhrum olunmuşdu. 

 


Digər xəbərlər

Xəbər xətti