"Xəzər-Lənkəran" "İnter"lə oyunun hazırlıqlarına başladı

19:45 4 Fevral 2015

Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanda Bakının “İnter” klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran" hazırlığa start verib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Lənkərandakı bazasında dünən bir araya gələn komanda bərpa məşqini keçirdikdən sonra bu  gündən etibarən  “İnter”ə qarşı oyunun hazırlığına başlayıb.

Səhər və axşam olmaqla gündə iki dəfə məşqlərini keçirəcək “Xəzər Lənkəran” fevral ayının 6-da oyunöncəsi son məşqinə çıxacaq.

Hazırda komandada İlqar Ələkbərov zədə səbəbindən kollektiv məşqlərə qoşula bilməsə də, fərdi olaraq çalışmalara qatılır.

Xatırladaq ki, “Xəzər Lənkəran”-“İnter” matçı fevral ayının 7-i, saat 17.00-da başlayacaq.


Xəbər xətti