“Real”ın 16 yaşlı futbolçusu debüt etdi

23:37 4 Fevral 2015

“Real”ın yeni transferi Martin Edeqor bu gün Madridin gənclər komandası “Kastilya”da debüt edib.

Sportarena.az xəbər verir ki, norveçli yarımmüdafiəçi Çinin “Beyszin Qoan” klubu ilə keçirilən yoldaşlıq görüşündə meydana çıxıb.

Oyunda qalib müəyyənləşməyib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. 16 yaşlı futbolçu meydana start heyətdə çıxıb və 60 dəqiqə mübarizə aparıb. Edeqor komandasının vurduğu 3 qoldan 2-sinin ötürməsinin müəllifi olub.

Qeyd edək ki, “Stromsqodset”dən 4 milyon avro qarşılığında İspaniya klubuna keçən Edeqorun adı "Real"ın UEFA-ya təqdim etdiyi Çempionlar Liqası üçün iştirak ərizəsində salınıb. Onun turnirin 1/8 finalında "Şalke"yə qarşı matçda meydana çıxması gözlənilir.

 


Xəbər xətti