"Real Madrid" qələbə qazandı, futbolçusunun ayağı qırıldı - VİDEO

10:45 5 Fevral 2015

Madrid “Real”ı aparıcı futbolçularından olan Xames Rodrigesi itirib.

Sportarena.az xəbər verir ki, İspaniya La Liqasının XVI turundan təxirə salınmış matçda “Sevilya” ilə qarşılaşmada zədələnən kolumbiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu aşkarlanıb.

“Real”ın (2:1) qələbə qazandığı görüşün 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. Maraqlıdı ki, meydançanı yeriyə-yeriyə tərk edən 24 yaşlı oyunçunun tibbi müayinə zamanı sağ ayağında qırıq aşkarlanıb. Bu günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Rodriges ən yaxşı halda 2 aydan sonra komandaya qoşula biləcək.

Qeyd edək ki, “Real” Rodrigesi cari mövsümün əvvəlində 84 milyon avro qarşılığında “Monako”dan transfer edib.

 


Real Madrid 2 - 1 Sevilla - Primera Division... Football--Live


Digər xəbərlər

Xəbər xətti