Bu gün “Qarabağ”ın Avroliqadakı taleyi həll olunur: Davam, yoxsa tamam?

11:43 5 Fevral 2015

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutan "Qarabağ" - "İnter" oyununun (0:0) son dəqiqələrində "Köhlən atlar"ın futbolçusu Riçard Almeydanın vurduğu qol qeydə alınmamışdı. Həmin epizodla bağlı Ağdam klubu UEFA-ya şikayət məktubu ünvanlanmışdı. Bu gün “Qarabağ”ın məhkəməsi olacaq.

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin "İnter"ə (Milan) qarşı oyununda qələbə topunu saymayan çex hakimin işinə baxılacaq. UEFA Ağdam klubunun şikayətiylə bağlı qərarı məhz bu gün verəcək.

Böyük ehtimalla, "İnter"lə oyunun nəticəsi olduğu kimi saxlanacaq. Bu isə Avropa Liqasında yoluna davam etmək istəyən "Qarabağ"ın ümidlərinin doğrulmaması deməkdir.

Azərbaycan çempionu üçün yeganə təsəlli o ola bilər ki, UEFA "İnter"lə görüşdə kobud səhvə yol verən hakimlər briqadasını cəzalandırsın

 


Digər xəbərlər

Xəbər xətti