"Real Madrid"də ikinci ciddi itki: Ramos da sıradan çıxdı

13:43 5 Fevral 2015

"Real"ın daha bir futbolçusu sıradan çıxıb.

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya La Liqasında dünən keçirilən "Sevilya"ya qarşı matçın 9-cu dəqiqəsində zədələnən Serxio Ramosun üç həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bununla da o, İspaniya La Liqasında "Atletiko", "Depotivo", "Elçe", Çempionlar Liqasının 1/8 finalında "Şalke"yə qarşı oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Real" - "Sevilya" görüşü birinilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Real"ın aparıcı futbolçusu Xames Rodriqesin sözügedən qarşılaşmada ayağı qırılıb. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 


Digər xəbərlər

Xəbər xətti