ŞOK: Millimizin sabiq futbolçusu Ermənistan klubuna keçdi

13:34 5 Fevral 2015

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Şamil Qurbanov Ermənistan klubuna keçib.

Sportarena.az vesti.az-a istinadən xəbər verir ki, o, İrəvanın “Uliss” komandası ilə anlaşıb.

Qurbanov Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulub. O, Moldova təmsilçisi “Milsami” ilə keçirilən yoxlama görüşündə də iştirak edib.

Maraqlıdı ki, Azərbaycan vətəndaşlığı olsa da, milliyətcə dağıstanlı olan Qurbanovun “Uliss”ə keçidi erməniləri qorxuya salıb.

Ermənistan Yazıçılar Birliyinin rəhbəri Samvel Beqlatyan çempionata liderlik edən komandaya Azərbaycan vətəndaşlığı olan futbolçunun cəlb olunmasının əleyhinədi: “Necə yəni, o, azərbaycanlıdı? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə gərək var?”

 


Digər xəbərlər

Xəbər xətti