“Neftçi”nin məşqində insident: Arif Əsədov legionerlə tutaşdı

15:24 5 Fevral 2015

“Neftçi” qalmaqallı legioneri Ernest Nforu əvəzedici heyətə göndərib.

Sportarena.az “sportinfo”ya istinadən xəbər verir ki, kamerunlu futbolçu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Simurq”la keçiriləcək matçda forma geyinməyəcək.

Onun əsas komandaya qayıdacağı şübhə altındadı. Buna səbəb isə futbolçunun baş məşqçi Arif Əsədovla arasındakı son insidentdi. Məşqdə Əsədovla tutaşan afrikalı qeyri-müəyyən müddətə cəzalandırılıb.

Klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnəcəyi dəqiqləşən Nfor artıq “Neftçi”dən getməyə hazırlaşa bilər. 

 


Digər xəbərlər

Xəbər xətti