"Sumqayıt" "Rəvan"ı məğlub etdi

16:10 5 Fevral 2015

Azərbaycan  Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək.

Sportarena.az xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.

Belə ki, "Sumqayıt" bu gün "Rəvan"la yoxlama oyunu keçirib. "Bayıl Arena"da keçirilən oyunda elita təmsilçisi 1-ci divizion klubunu 6:3 hesabıyla məğlub edib. Sumqayıtlıların qollarını Murad Ağayev, Orxan Əliyev, Nodar Məmmədov, Aleksandr Çertoqanov və Budaq Nəsirov vurub. Daha bir qolu isə bakılıların oyunçusu öz qapıısna vurub.

 


Digər xəbərlər

Xəbər xətti