"Real Madrid" Marselonu da itirdi

21:58 5 Fevral 2015

"Real" İspaniya La Liqasında fevralın 7-i keçiriləcək "Atletiko"ya qarşı matçda daha bir ciddi itki ilə çıxacaq.

Sportarena.az xəbər verir ki, bu xəbər ispan mətbuatında yer alıb. Komandanın braziliyalı yarımmüdafiəçisi Marselo sözügedən qarşılaşmanı buraxacaq. Buna səbəb onun sarı vərəqə limitini doldurmağıdır.

"Sevilya" ilə oyunda sarı vərəqə ilə cəzalanan Marselo Madrid derbisində oynamaq şansını itirib.


Xəbər xətti