Kasilyas iddialı danışdı: "Atletiko"nu məğlub etsək..."

22:09 5 Fevral 2015

Madrid "Real"ının qapıçısı İker Kasilyas İspaniya çempionatının növbəti turunda keçiriləcək "Atletiko" ilə oyun haqda danışıb.

Sportarena.az xəbər verir ki, "Marca"ya danışan son Avropa çempionu iddialı fikirlər səsləndirib:

"Nəhayət, "Atletiko"nu məğlub etməliyik. Heyətdə çatışmazlıqlar var, amma biz bunu bacara bilərik. "Atletiko"nu məğlub etsək, onların çempion olma şansı, demək olar ki, qalmır"

 


Digər xəbərlər

Xəbər xətti