“Bavariya”nın müdafiəçisi cəzalandırıldı

22:25 5 Fevral 2015

“Bavariya”nın müdafiəçisi Jerom Boantenq cəzalandırılıb.

Sportarena.az xəbər verir ki, Münhen klubunun futbolçusuna Almaniya Bundesliqasının son turunda "Şalke" (1:1) ilə görüşdə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 3 oyunluq cəza kəsilib.

Belə ki, 26 yaşlı qana əsilli almaniyalı oyunçu qarşılaşmanın 17-ci dəqiqəsində cərimə meydaçasında rəqibini kobudluqla dayandırıb. Bu hərəkətinə görə matçın baş hakimi onu meydandan uzaqlaşdırıb. Lakin “Bavariya”nın qapısına təyin edilən penaltini qonaqlar dəyərləndirə bilməyib.

Qeyd edək ki, Boantenq növbəti turlarında "Ştuttqart", "Hamburq" və "Paderborn"la keçiriləcək oyunları buraxacaq. 

 


Xəbər xətti