Premyerliqadan ayrılıb ərəb klubuna getdi - FOTO

22:45 5 Fevral 2015

“Vest Bromviç”dən ayrılan Georgios Samaras rəsmən Səudiyyə Ərəbistanın "Əl-Hilal” klubunun futbolçusu olub.

Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçu Asiya təmsilçisi ilə 2017-ci ilin dekabrına qədər müqavilə imzalayıb.

Yunanıstan millisinin forvardı yeni klubunda 77 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2008-ci ildən Şotlandiya “Seltik”ində top qovan Samaras ötən ilin avqustunda İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç”ə keçib. 6 ay ərzində 5 oyunda meydana çıxan Georgios rəqib qapılarına yol tapa bilməyib.

 


Digər xəbərlər

Xəbər xətti