Pedro: "Barselona"da xoşbəxtəm"

01:22 6 Fevral 2015

Bu mövsümün sonu "Barselona"nı daha bir futbolçu tərk edə bilər.

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın 27 yaşlı hücumçusu Pedro Kataloniya klubundan ayrıla biləcəyini deyib:

"Barselona"da qalıb-qalmayacağını dəqiq bilmirəm. Hazırda "Barsa"da xoşbəxtəm, ancaq mövsümün sonu nələrin baş verəcəyini bilmək olmaz. Mövsüm başa çatan kimi komandamın uğur qazanması üçün çalışacam. Matçlarda mənə daha çox şans verilməsi üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, bundan əvvəl Dani Alveş bu mövsümün sonu "Barsa"dan ayrılacağını açıqlayıb.

 


Xəbər xətti