"Real Madrid"in ulduz futbolçusu əməliyyat olunub

02:30 6 Fevral 2015

Madrid "Real"ının futbolçusu Hames Rodriqes sağ ayağından əməliyyat olunub.

Sportarena.az xəbər verir ki, bu xəbər ispan mətbuatında yer alıb. Futbolçu əməliyyatı uğurla başa vurub. Hameson sağalma prosesinin müddəti hələlik məlum deyil.

Qeyd edək ki, kolumbiyalı futbolçu ötən tur "Sevilya" ilə oyunda xəsarət almışdı.

 


Digər xəbərlər

Xəbər xətti