AZAL "Qəbələ"ni yendi, "Neftçi" "Simurq"la bacarmadı

17:54 6 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasının XX turunun oyunları start götürəcək.

Sportarena.az xəbər verir ki, turun açılış matçında iki qarşılaşama baş tutacaq.

Belə ki, “Qəbələ” doğma azarkeşləri önündə AZAL-ı qəbul edəcək. Evdə debüt matçına çıxacaq baş məşqçi Roman Qriqorçuk növbəti qələbəsini qazanmaq niyyətindədi.

Ötən tur doğma azarkeşləri önündə “Xəzər Lənkəran”a qalib gələn “Simurq” bu dəfə 3 xal üçün paytaxtda qüvvəsini sınayacaq. Zaqatala klubu “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Turun mərkəzi oyununda ilk “dördlük”də qərarlaşan komandalar arasındakı dueldə George Çixradzenin yetirmələri meydan sahiblərini məğlub edərsə, 1 pillə irəliləyəcək. “Neftçi” isə turnir cədvəlində yerini dəyişəcək.

Qeyd edək ki, bu tur “Sumqayıt” istirahət edəcək.

 

Azərbaycan Premyer Liqası

XX tur

6 fevral (cümə)

14:00. “Qəbələ” – AZAL 0:1 (oyun bitdi)

Qol: 90+ Rəşad Abdullayev(P)

Qırmızı vərəqə: 77, İbakoye

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

İlk 2 dövrədəki oyunlar: 1:2, 3:3

Qəbələ şəhər stadionu

 

16:00. “Neftçi” – “Simurq” 0:0 (oyun bitdi)

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Məlik Həsənov

İlk 2 dövrədəki oyunlar: 2:1, 0:1

“Bakcell Arena”


Digər xəbərlər

Xəbər xətti