ÖZƏL: "Bakı"nın mirası kimə qalır?

10:30 6 Fevral 2015

“Bakı” klbunun qürub çağını yaşadığı artıq məlum məsələdir. Klub rəsmiləri belə bunu etiraf ediblər. Maraqlı məqam isə, klubun təlim-məşq bazasının taleyi ilə bağlıdır.

Böyük pullar müqabilində ərsəyə gətirilən bazanın bir-neçə ay öncə “Xəzər-Lənkəran”a veriləcəyi gündəmə gəlsə də, hazırda “Palmali” şirkətinin  böhran vəziyyətinə düşməsi bu planları puç etdi.

Sportarena.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yeni yaranan “Xəzər adaları” komandası həm də “Bakı”nın bazasına sahib çıxmağa hazırlaşır. Həmçinin, yeni yaranacaq klub, Premyer Liqada birbaşa iştirak etmək üçün, “Bakı” klubunu alaraq adını dəyişməklə bu arzusunu reallaşdırmağa çalışacaq.


Xəbər xətti