"Neftçi" - "Simurq" - QISA BAXIŞ

13:01 6 Fevral 2015

Azərbaycan Premyer Liqasının 20-ci turunun ikinci görüşündə ötən turu Stamenkoviçin ciddi səhvləri üzündən məğlub olan “Neftçi” gəncləşdirilmiş “Xəzər-Lənkəran” üzərində qələbə qazanmış “Simurq”u qəbul edəcək.

 

Arif Əsədova “torbo tikilir”?

Emil Balayevi göndərdikdən sonra qapıda yenidən Stamenkoviçə güvənməyə məcbur olan “ağ-qara”lar ötən tur gözlənilməz şəkildə məğlub oldular. Stamenkoviçin kobud səhvlərini son dövrlər oyun praktikasından əziyyət çəkməsin ilə əlaqələndirmək olardı, amma...

Məğlubiyyətdən sonra keçmiş baş məşqçi Böyükağa Hacıyevin sanki Əsədovu qınayan müsahibəsi, Ernest Nforun baş məşqçi ilə insident yaşaması heç də bütün olanların təsdaüfi hal olmadığını göstərir.

Daha əvvəl də göründüyü kimi, komandada qalmaqal yarandıqdan sonra Böyükağa Hacıyev yenidən “Neftçi”nin sükanı arxasına keçir. Tərlan Əhmədov, Nazim Süleymanovun ardınca Arif Əsədov da Böyükağa Hacıyevin qurbanına çevrilə bilər.

 

“Neftçi” yenə məğlub ola bilər

“Ağ-qara”larda vəziyyətin tam əksinə dəyişməsi növbəti məğlubiyyətin xəbərçisi ola bilər. Bakıya püxtələşmiş heyətlə gələn zaqatalılar Elnur Abdullayev və Cihan Özkara kimi praqmatik futbolu sevən futbolçularla güclənib ki, bu da “Simurq”un qələbə şanslarını birə-on artırır.

 

Kimdir fovarit?

Turnir cədvəlinə baxdığımız zaman zaqatalalılar “Neftçi”nin tam arxasında, eyni zaman üçlüyün bir addımlığındadır. Yeni oyunçularnan güclənən “sarılar” heç də məğlubiyyət üçün Bakıya gəlməyib və bu oyunda “Neftçi”ni aşkar fovarit göstərmək ədalətli olmaz.

“Neftçi”nin uğursuzluqları fonunda “Simurq”un yüksələn xətt üzrə inkişaf etməsi çempionata yeni bir liderin gəlməsinin göstəricisidir. Həmçinin, etibarlı müdafiə xətti ilə seçilən zaqatalalılar uzaqdan zərbələrə üstünlük verir və bu yöndə Stamenkoviçin uğursuzluqlarını bir-neçə dəfə görmüşük. Bir sözlə, zaqatalalılar oyunun fovariti də sayıla bilər.


Xəbər xətti