"Zirvə" ölkə çempionatında iki medal qazandı

15:15 6 Fevral 2015

“Zirvə” İdman Klubunun cüdoçuları uğur qazanmaqda davam edirlər. 

Sportarena.az xəbər verir ki, qızların nəticələrini fərqləndirmək lazımdır.

4-5 fevral tarixlərində Şağan Olimpiya Kompleksində gənclər – yaşı 21-ə qədər olan idmançılar arasında Azərbaycan çempionatı keçirilib. Yarışda “İsmayıllı-Zirvə” Cüdo Klubunun üzvləri iştirak edərək evə medalla dönüblər.

Hacıyeva Səbinə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb. Həsənli Günel isə 78 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 


Digər xəbərlər

Xəbər xətti