Torres "Bayer"ə qarşı oynaya biləcək

15:32 6 Fevral 2015

 "Atletiko" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportarena.az xəbər verir ki, Madrid klubu Kristian Rodriqesi və Alessio Çerçini komandadan göndərdiyi üçün onları siyahıdan çıxarıb. Əvəzində yeni transferlər hücumçu Fernando Torres və yarımmüdafiəçi Kani iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, "Atletiko" ÇL-in 1/8 finalında "Bayer"lə (Leverkuzen) qarşılaşacaq.

 


Xəbər xətti