"Bakı" rəsmisi danışdı: "Düzdür, klubda böhranlı vəziyyət var"

18:58 6 Fevral 2015

Sabah Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları keçiriləcək. “Bakı” səfərdə “Qarabağ”la qarşılaşacaq. Daha öncə “Bakı” klubunun böhranlı vəziyyətdə olduğundan və klubun bazasının yeni yaranan “Xəzər Adaları” klubuna satıla biləcəyini xəbər vermişdik. Həmçinin, son günlərdə “Bakı” klubunun “Qarabağ”la oyuna çıxa bilməyəcəyi xəbəri də mətbuatda geniş yayılmışdı. Bu məsələlərlə bağlı “Bakı” klubunun mətbuat katibi İsgəndər İsgəndərovla əlaqə saxladıq.

İsgəndərov saytımıza açıqlamasında hər iki xəbəri yalan olduğunu bildirdi.

“Düzdür, klubda böhranlı vəziyyət var, amma bu o demək deyil ki, biz oyundan imtina edəcəyik. Sabah və daha sonrakı oyunlarda da “Bakı” meydana çıxıb öz oyununu oynayacaq. O ki qaldı klubun bazasının satılacağı məsələsinə, bu klubu Hafiz Məmmədov yaradıb və daha əvvəllər də açıqladığı kimi nə klubu, nə də bazanı “Xəzər Adaları”, nə bilim “Xəzər-Lənkəran”, ümumiyyətlə heç kimə satmayacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Bakı” qarşılaşması sabah saat 16:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti