"Neftçala" Polşa klubuna məğlub oldu - FOTO + VİDEO

01:00 7 Fevral 2015

Türkiyənin Antaliya şəhərində təlim-məşq toplanışında olan “Neftçala” bu gün üçüncü yoxlama matçına çıxıb.

Sportarena.az  xəbər verir ki, komanda bu dəfə Polşanın “Yaqelloniya” klubu ilə qarşılaşıb. Matç Kamal Quliyevin yetirmələrinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, 1-ci divizion təmsilçisi bundan əvvəlki oyunlarında Almaniyanın “Viktoriya” klubuna 2:1, Türkiyənin “Manavqatspor” komandasına isə 5:0 hesabıyla qalib gəlmişdi.

 

 

 


Xəbər xətti