"El-Klassiko"nun vaxtı dəqiqləşdi

11:39 7 Fevral 2015

Dünyanın ən çox maraq kəsb edən dueli olan növbəti "El-Klassiko"nun vaxtı dəqiqləşib.

Sportarena.az xəbər verir ki, İspaniya La Liqasının 28-ci turunda "Barselona" - "Real Madrid" matçı keçiriləcək. Qarşılaşma martın 22-i Bakı vaxtı ilə 00:00 başlayacaq.

Qeyd edək ki, İspaniya La Liqasının ilk yarısında keçirilən "Real Madrid" - "Barselona" oyununda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

 


Digər xəbərlər

Xəbər xətti