"Qarabağ" - "Bakı" - QISA BAXIŞ

12:00 7 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ” öz meydanında “Bakı”nı qəbul edəcək. Bu qarşılaşma həm də turnir cədvəlinin ilk və son yerlərində gedən komandaların mübarizəsi kimi də əlamətdar olacaq. İlk pillədə qərarlaşan “Qarabağ” öz yerini daha da möhkəmləndirməyi hədəfləyirsə, irəlliləmək üçün cuzi şansları qalan “Bakı”nın necə oyun göstərəcəyi maraqlıdır.

 

“Bakı” son ilini yaşayır?

Paytaxt klubunun rəsmiləri nə qədər komandada vəziyyətin normal olduğunu iddia etsə də, “Bakı”nın çox ağır böhran yaşadığı, həttə bu mövsümü tam olaraq başa vura bilməyəcəyi kimi ehtimallar çoxlarına inandırıcı görsənir. Klubda yaranan maliyyə böhranı, oyunçuların gəncləşdirilməsi ilə nəticələndi. Daha sonra mətbuatda oyunçuların maaşlarının verilməməsi kimi xəbərlər də dolaşmağa başladı. Ard-arda gələn uğursuz nəticələr də komandaya öz təsirini göstərməktədir. Ötən tur “Qəbələ” ilə oyunda komandada köhnə əzmkarlığın da qalmadığı aydın sezilirdi. Orta və ön xətt  bir qədər əzmlə mübarizə aparsa da, müdafiədə ciddi boşlular sezilməkdə idi. “Qarabağ”ın səfləri bağışlayan komanda olmadığını nəzərə alsaq bol qollu qarşılaşma izləyə biləcəyimizi düşünmək olar. “Bakı” tamami ilə müdafiəyə çəkilməklə böyükhesablı məğlubiyyətdən qaça, əks-hücumlarda xal qazanmağa çalışa bilər.

 

“Qarabağ” növbəti çempionluğuna yaxındır

Düzdür, hələ çempionatın sonuna xeyli vaxt qalsa da, indiki oyunların çempionatın sonlarına təsir edəcəyi də aşkar məsələdir. “Qarabağ”ı ən yaxın rəqibindən dörd xal ayırdığından bu oyunda məğlub olsalar belə (Hərçənd ki, bu inandırıcı görünmür) liderliklərini qoruyacaqlar. Həmçinin, ağdamlıların ehtiyatda bir oyunlarının olduğunu da xüsusi olaraq vurğulamaq lazımdır. “Qarabağ” autsayderlə oyunlarda çətnlik çəksə də, Avroliqanı başa vuraraq ölkə kuboku və çempionatda iddialı olmaları onların qələbə şanslarını çox yüksək edir. Üstəlik “İnter”in Lənkəran səfərində xal itirə biləcəyi ehtimalı da böyük olduğundan Qurbanovun komanadasını bu oyuna hansı motivasiya ilə hazırlaşdıracağından asılı olmayaraq qələbənin qəti olduğu görsənir.

 

Avropa Liqasının bəxtsizləri

Avropa Liqasında məlum “Qarabağ” – “İnter” oyunundan sonra UEFA-nın qərarları daha da təəccüb doğurdu. Oyunun yenidən keçirilməsi, qolun sayılması inandırıcı görünməsə də, hakimin cəzalandırılacağı gözlənilən idi. Amma...

Şübhəli qərar və hakimin cəza almaması hələ tarixdə çox müzakirə olunacaq. Lakin, “Qarabağ”da ətrafında yaşanan proseslər komandada yeni abu-havanın yarandığını göstərir. “Qarabağ” Avropa Liqasında qazandığı təcrübədən sonra daha intizamlı və püxtələşmiş görünür və komandanın bütün oyunlara əzmlə çıxacağı gözlənilir. Həmçinin, mümkün bəxtsizliyin çempionatda da olmaması üçün “Qarabağ” daha düşüncəli davranmağa məcburdur.


Digər xəbərlər

Xəbər xətti