"Arda peşmandır"

14:19 7 Fevral 2015

"Atletiko" (Madrid) klubunun prezidenti Enrike Kerezo "Barselona" ilə kubok matçında butsunu meydanın kənarına atan Arda Turan haqda danışıb.

Sportarena.az xəbər verir ki, "Marca" qəzetinə danışan klub prezidenti türkiyəli futbolçunun peşman olduğunu və bunun bir daha təkrarlanmayacağını bildirib:

"Arda İspaniyada ən yaxşı futbolçulardan biridir. O, peşman olduğunu söylədi. Bu, bir daha təkrarlanmayacaq. Bu mövzu artıq bağlanıb. "Atletiko" ən az qayda pozan komandadır. Eyni zamanda ən çox qayda pozuntusuna məruz qalan klubdur. Bir sözlə, "Atletiko" çox təmiz bir komandadır". 

 


Digər xəbərlər

Xəbər xətti