“Atletiko” derbiyə “Bakı 2015” forması ilə çıxacaq - FOTO

15:05 7 Fevral 2015

Bu gün İspaniya La Liqasının 22-ci turunun mərkəzi oyunu Madriddə keçiriləcək.

Sportarena.az xəbər verir ki, “Real”la oyuna “Atletiko” yeni formayla çıxacaq. Sosial şəbəkələrdə Arda Turanın yeni formayla şəkli də paylaşılıb. Yeni formanın məhz Madrid derbisində “debüt edəcəyi” gözlənilir. Bundan sonra formanın üzərinə “Land of Fair Azerbaijan” yox, “Baku 2015 1st European Games” sözləri yazılacaq.

 


Digər xəbərlər

Xəbər xətti