Qurban Qurbanov: "Çox vacib qələbə qazandıq"

18:28 7 Fevral 2015

Azərbaycan  Premyer Liqasının XX turu sonuncu çempion “Qarabağ” üçün uğurlu alındı. Fasilədən sonra ilk oyununa çıxan Qurban Qurbanovun komandası “Bakı”nı 4-1 hesabı ilə üstələyib, aktivinə 3  xal yazdırdı.

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bölüşüb:  

“Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. Çox vacib qələbə qazandıq. "Bakı" klubuna uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi bir sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadır. Onlara qarşı ciddi hazırlaşmalıyıq".

 


Xəbər xətti