Mərakeş futbolsuz qaldı

20:00 7 Fevral 2015

Ebola virusu üzündən Afrika Millətlər Kubokuna (AMK) ev sahibliyindən geri çəkilən Mərakeş ağır cəzaya məruz qalıb.

Sportarena.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (AFK) təşkilatçılıqdan boyun qaçıran Mərakeş millisini növbəti iki turnirdə iştirakdan məhrum edib. Qitə futbol qurumu bəyan edib ki, 2017 və 2019-cu ildə keçiriləcək AMK-da Mərakeş olmayacaq. Bundan başqa, 883 min avro cərimə olunan Mərakeş Futbol Federasiyası, həmçinin təşkilatçılıqdan imtina etdiyi üçün səbəb olduğu zərərə görə ayrıca 8,05 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, ebola virusu səbəbindən AMK-2015-ə ev sahibliyindən imtina edən Mərakeş turnirin ertələnməsini tələb etsə də, təklif qəbul olunmamış, təşkilatçılıq Mərakeşdən alınaraq Ekvatorial Qvineyaya verilmişdi.

 


Xəbər xətti