Kaxaber Sxadadze: "Çox çətin oyunda üç xala nail olduq"

19:19 7 Fevral 2015

“İnter” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Xəzər Lənkəran”ı 2-1 hesabı ilə məğlub etdi.

Sportarena.az xəbər verir ki, oyun sonrası qonaqların baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bölüşüb:

“Əsas məsələ odur ki, 3 xal qazandıq. Çox çətin oyundan sonra 3 xala nail olduq. Futbolçularımı təbrik edirəm. Oyunçularım matça yaxşı köklənmişdilər. “Xəzər Lənkəran”ın heyətində çox sayda gənc oyunçu var. Gənclər çox istedadlıdırlar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq. Biz isə öz oyunumuzu analiz etməliyik. Dediyim kimi, 3 xal qazandıq. Amma bu qələbəni unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

 


Digər xəbərlər

Xəbər xətti